Fransada may ayından etibarən davam edən anomal isti hava dalğalarının 8 minə yaxın insanın ölümünə səbəb olduğu bildirilib.
“Yeni Sabah” xəbər verir ki, Fransa Xalq Sağlamlığı Agentliyinin məlumatına görə, ölkədə may ayından bu yana 4 fərqli isti hava dalğası müşahidə olunub.
Məlumata əsasən, iyulun 27-dən avqustun 20-dək davam edən son isti hava dalğası zamanı 79 vilayətdə normal göstəricidən əlavə 817 ölüm qeydə alınıb. Dominos pizza
Bundan əvvəl, iyulun 3-dən 22-dək davam edən isti hava dalğasında isə 1243 əlavə ölüm faktı qeydə alınıb. Beləliklə, may ayından etibarən müşahidə olunan 4 isti hava dalğası nəticəsində qeydə alınan əlavə ölümlərin sayı 8 minə yaxınlaşıb.
Həmçinin Fransa bu ilin iyulunda 1900-cü ildən bəri ən isti iyul ayını yaşayıb. Həmin ayda orta temperatur 24,9 dərəcəyə yüksəlib.
Bundan əlavə, iyul ayı yağıntı çatışmazlığının 70 faizə çatması ilə ölkə tarixində ən quraq üçüncü iyul kimi qeydə alınıb.
Aydan Hacı
Telegram kanalımız