Fransanın şərqində yerləşən Vinjen-sür-Moder kommunasındakı "Lalique" Zərgərlik Muzeyindən təxminən 4 milyon avro dəyərində zinət əşyaları oğurlanıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti istintaqa yaxın mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, oğrular ümumilikdə 20-yə yaxın zinət əşyasını ələ keçiriblər. İlkin hesablamalara əsasən, dəymiş zərər təxminən 4 milyon avro təşkil edir. pizza hut
Hadisə yerli vaxtla saat 05:30 radələrində baş verib. Binaya daxil olan naməlum şəxslər birbaşa zinət əşyalarının saxlanıldığı zala yönəliblər.
Siqnalizasiya işə düşsə də, oğrular hadisə yerindən qaçmağa müvəffəq olublar. Mühafizə şirkətinin əməkdaşları siqnalın səbəbini araşdırdığı vaxt hadisə yerinə ilk gələn muzeyin təmizlik işçisi olub və polisə məlumat verib./APA
Telegram kanalımız