Fransada tələbə və şagirdlər barikadaları yandırdı - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Fransada tələbə və şagirdlər barikadaları yandırdı - VİDEO

Dünya

02 Oktyabr 2026 11:13 85


Fransada təhsil alan tələbə və şagirdlərin kütləvi etiraz dalğası ölkə miqyasında getdikcə böyüyərək nəzarətdən çıxıb. Şəhər küçələrində baş verən şiddətli toqquşmalar və nümayişlər ölkədə xaos mühiti yaradıb.

“Yeni Sabah” xəbər verir ki, baş verən iğtişaşlar zamanı hüquq-mühafizə orqanları tərəfindən yüzlərlə tələbə və şagird saxlanılaraq həbs edilib. Şiddətli qarşıdurmalar nəticəsində onlarla müəllim və polis əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb.

Aksiyaçıların küçə barrikadaları qurması və ictimai obyektləri hədəf alması nəticəsində bir çox şəhərin infrastrukturuna ciddi ziyan dəyib. Nümayişlərin miqyasının genişlənməsi fonunda hökumətin təhlükəsizlik tədbirlərini daha da sərtləşdirəcəyi gözlənilir. Marqarita pizza

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!