Fransada yaşayan soydaşlarımız erməni təxribatına “dur” deyəcəklər

saytların hazırlanması

Evə çatdırılma

Fransada yaşayan soydaşlarımız erməni təxribatına “dur” deyəcəklər

Siyasət

22 İyul 2020 15:44 800


Erməni təxribatına etiraz olaraq dünyanın bir çox ölkəsində aksiyalar keçirilir. Bu gün Bakı vaxtı ilə saat 16:00-da Fransada yaşayan azərbaycanlıların dinc etiraz aksiyası keçiriləcək.

Yenisabah.az xəbər verir ki, bu haqda bir müddətdir ki, Fransada yaşayan reper Uran məlumat verib:

"Saat dörddə Fransa azərbaycanlılarının dinc etiraz aksiyası olacaq, "İnstagram" üzərindən canlı yayım edəcəyəm".

Qeyd edək ki, bu günlərdə Ermənistan-Azərbaycan sərhədinin Tovuz istiqamətində baş verən hadisələr nəinki ölkədə, bütün dünyada yaşayan azərbaycanlıları həmrəy etdi. Müxtəlif ölkələrdə soydaşlarımız bir araya gələrək, erməni təxribatına cavab verməkdə davam edirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!