Fransanın Olimpiadaya xərclədiyi məbləğ məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Fransanın Olimpiadaya xərclədiyi məbləğ məlum oldu

İdman

03 Avqust 2024 19:25 818


Parisdə keçirilən Olimpiya Oyunları Fransaya 11 milyard avroya başa gəlib.

Oxu.Az-ın News.ru-ya istinadən məlumatına görə, bu barədə Oksford Universitetinin Biznes Məktəbinin ekspertləri məlumat veriblər.

Eyni zamanda, ilkin olaraq Olimpiya Oyunları üçün xərclərin 6,2 milyard avronu keçməyəcəyi güman edilirdi. Dominos pizza

"Paris Olimpiadası doqquz milyard avroya başa gəlib. Sena çayının təmizlənməsi, açılış mərasiminin təşkili, mükafatlar kimi dolayı xərcləri də əlavə etsək, ümumi məbləğ 11 milyard avro təşkil edir", - deyə nəşrin məlumatında bildirilir.

Lakin həmçinin Paris Olimpiadası əvvəlki üç yay Oyunlarından xeyli ucuz başa gəlir. Məsələn, 2008-ci ildə Pekin Olimpiadasına birbaşa xərclər təxminən 2024-cü ildə Fransada olduğu qədər olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!