G7 liderləri Hiroşimada qlobal mövzuları müzakirə edəcək

saytların hazırlanması

Evə çatdırılma

G7 liderləri Hiroşimada qlobal mövzuları müzakirə edəcək

Dünya

19 May 2023 10:52 655


Bu gün Yaponiyanın Hiroşima şəhərində “G7” ölkələrinin liderləri görüşəcəklər.

Yenisabah.az “Reuters”ə istinadla xəbər verir ki, 3 gün ərzində – mayın 21-dək şəhər bir sıra kəskin qlobal mövzuların müzakirəsi üçün platformaya çevriləcək: Ukrayna müharibəsi, nüvə tərk-silahı, ərzaq böhranı, təmiz enerjiyə keçid, Çin siyasəti.

Sammitdə Yaponiyanın Baş naziri Fumio Kişida, ABŞ prezidenti Cozef Bayden, İtaliyanın Baş naziri Corca Meloni, Böyük Britaniyanın Baş naziri Rişi Sunak, Kanadanın Baş naziri Castin Trüdo, Almaniya kansleri Olaf Şolz və Fransa prezidenti Emmanuel Makron iştirak edəcəklər. Dördpendirli pizza

İclasa Avropa İttifaqının nümayəndələri – Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də dəvət olunublar. Bundan başqa, sammitdə Ukrayna Prezidenti Volodimir Zelenski, o cümlədən Avstraliya, Braziliya, İndoneziya, Cənubi Koreya, Vyetnam, Kuk adaları və Komor adaları İttifaqının liderləri, eləcə də yüksəkvəzifəli siyasətçilərinin iştirakı gözlənilir.

Bundan əlavə, beynəlxalq təşkilatların – BMT, Dünya Bankı, ÜST, Beynəlxalq Enerji Agentliyi, BVF və Ümumdünya Ticarət Təşkilatı və İƏİT nümayəndələri də dəvət olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!