Aprelin 3-də "Location" gecə klubunda xəsarət almış bloger Aysel Şükürova əməliyyat olunduqdan sonra evə buraxılıb.
Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında vəziyyəti barədə paylaşım edən Aysel psixoloji müalicə də aldığını bildirib:
“Saçlarım, əllərim, üzüm, ayaqlarım hamısı yanıb. Ən pisi ayaqlarımdır, 4-cü dərəcə. Böyrəklərim, ağciyərim zədələnib. Sadəcə zaman və səbr... pizza
Yaşadıqlarım adi deyil, 14 gündür müalicə alıram, bədənib yanıb. Qardaş dediyim insanın ad günündə idik, başımıza bu hadisə gəldi. Hər şeyi unutmaq üçün dərmanlar atıram, amma unuda bilmirəm, gözümü yumanda "partlayırıq". Hamı üstümdən keçir, yanmağım, boğulmağım...
Bu faciədir, bu ağrıları heç düşmənimə də arzulamıram. Allah hamının ürəyinə görə versin. Bu hadisədir, başımıza evdə də gələ bilərdi, çünki qismətimizdə varmış. Evdə olsaydıq da, deməli, nəsə olacaqmış.
Ad günündə idim, ora bar-filan da deyil, sadəcə hamının əyləndiyi normal məkandır. Heç kim heç kimi qınamasın.
Psixoloji müalicə alıram, çox pisəm, amma bu da keçəcək”.
Telegram kanalımız