“Gəncə terroruna görə günahkarlar cəzalanmalıdır” - Senat sədri

saytların hazırlanması

Evə çatdırılma

“Gəncə terroruna görə günahkarlar cəzalanmalıdır” - Senat sədri

Siyasət

20 Oktyabr 2020 12:03 771


“Ermənistanın Gəncəyə vəhşicəsinə hücumları insanlığa qarşı dəhşətli cinayətdir”.

Yenisabah.az xəbər verir ki, bunu Paraqvay Senatının sədri Oskar Ruben Salomon Fernandes oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncənin mülki əhalisinə raket zərbələri endirməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın Qərbi Avropaya səfəri qadağan olunmalı, hərəkətləri NATO rəhbərliyi tərəfindən sərt şəkildə pislənilməli, Avropa Şurasının prezidenti isə vəhşiliyə görə məsuliyyət daşıyanların cəzalandırılması üçün siyasi tədbirlər görməlidir. Dördpendirli pizza

“Paraqvay xalqı bu çox çətin dövrlərdə Azərbaycan xalqının yanındadır”, - Paraqvay Senatının sədri bildirib. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!