Gəncədə 25 yaşlı qadın keçmiş əri tərəfindən öldürüldü

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə 25 yaşlı qadın keçmiş əri tərəfindən öldürüldü

Kriminal

23 İyun 2022 17:37 1402


Gəncədə 25 yaşlı qadın keçmiş əri tərəfindən qətlə yetirilib. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenisabah.az-a bildirilib ki, iyunun 23-də günorta radələrində Gəncə şəhər Baş Polis İdarəsinə şəhər sakini 1997-ci il təvəllüdlü Aynurə Bayramovaya şəhər ərazisində bıçaqla qətlə yetirilməsi barədə məlumat daxil olub.

Dərhal polis və şəhər prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, A. Bayramovanın keçmiş həyat yoldaşı Rauf Vəliyev isti izlərlə saxlanılaraq istintaqa təhvil verilib. Dominos pizza

Fakta bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!