Gəncədə bıçaqlanan “Kəpəz”in futbolçusu xəstəxanadan evə buraxıldı

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə bıçaqlanan “Kəpəz”in futbolçusu xəstəxanadan evə buraxıldı

İdman

19 Fevral 2026 21:36 587


Gəncədə bıçaqlanan "Kəpəz" klubunun futbolçusu Veysəl Rzayev xəstəxanadan evə buraxılıb.

"Yeni Sabah" "Teleqraf"a istinadən xəbər verir ki, bir neçə gün öncə müalicə aldığı tibb müəssisəsindən evə buraxılan futbolçu hazırda Bakı şəhərindədir.

Qeyd olunub ki, V.Rzayev paytaxtda həkim müayinəsindən keçir. Futbolçunun müalicəsi bu şəkildə davam etsə, yaxın günlərdə yüngül məşqlərə başlayacaq. pizza mizza

Məlumat üçün bildirək ki, 24 yaşlı futbolçu fevralın 3-də gecə saatlarında bıçaq xəsarətləri ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilmişdi. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.

İnsidentdən sonra klub futbolçu ilə müqaviləsini dayandırmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!