Gənclərdə yaddaş zəifliyi: Onlar nədə səhv edir?

saytların hazırlanması

Evə çatdırılma

Gənclərdə yaddaş zəifliyi: Onlar nədə səhv edir?

Sosial

13 Mart 2023 17:24 1414


Buraxılış imtahanlarında göstəricilərin ilbəil aşağı düşməsi məktəblilərin bilik səviyyəsi ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Bəzi hallarda şagirdlərin zəif nəticə göstərməsini təkcə təhsillə bağlı olmadığı iddia edilir. Bu iddialar nə dərəcədə doğrudur?

Bir çox mütəxəssislər bu halı qida rejimi ilə əlaqələndirir. Onların fikrincə məktəblilər yaxşı qidalanmadığı üçün yaddaş problemindən əziyyət çəkirlər ki, bu da ümumi nəticəyə təsir göstərir.

Qidalanma mütəxəssisi Məhsəti Hüseynova məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, bəzi qidalar yaddaşsızlıq yaradır. pizza mizza

“Gənclər hazır, paketlənmiş qidalardan istifadə edir. Şirniyyat, atüstü yemək, çips, qazlı və rəngli içkilərdən gündəlik qidalanmada böyük yer tutur. Onların tərkibindəki kimyəvi maddələr insan orqanizmin, xüsusilə, mərkəzi beyin sistemininn fəaliyyətini zəiflədir. Diqqətsizlik,yorğunluq,unutqanlıq və s. kimi xəstəliklər yaradır, 25 yaşa kimi olan orqanizmə daha çox zərər verir. Çünki, bu 25 yaşa kimi olan orqanizm inkişaf prosesindədir".

Ekspert qeyd edib ki, yaddaşın güclü olması üçün həm abituriyentlər, həm yeniyetmələr gün ərizində ev qidalarına üstünlük verməlidir:

"Əgər kafelərdə qidalanmaq məcburiyyətində qalsalar, o zaman souslardan çox istifadə olunmamış qidalardan istifadə etsinlər. Gənclərin həvəslə yediyi "fast food" mənşəyi bilinməyən maddələrlə hazırlanır.

"Fast food"un uzun müddət rənginin,qoxusunun dəyişməməsi üçün kimyəvi qatqılardan çox istifadə olunur. Həmin qatqılar damar tıxanıqlığı, beyinə oksigen çatmaması, qaraciyərdə, böyrəkdə çatışmamazlıq yaradır. Ən əsası isə yaddaşı zəiflədir.

Yaddaşı gücləndirmək üçün yeni çərəzdən, balıq məhsullarından istifadə edilməlidir. Gün ərzində çoxlu su içmə də yaddaşa kömək olur”.

Şəhla AĞAZADƏ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!