Gizlicə ikinci telefon işlədən qadının başına görün nə gəldi

saytların hazırlanması

Evə çatdırılma

Gizlicə ikinci telefon işlədən qadının başına görün nə gəldi

Kriminal

01 Avqust 2026 16:22 169


Bakıda kişi gizli ikinci telefon işlədən arvadını döyüb.

“Yeni Sabah” Lent.az-a istinadla xəbər verir ki, hadisə Suraxanı rayonu, Binə qəsəbəsində, Sovxoz adlanan ərazidə qeydə alınıb.

42 yaşlı Səməd Muxtarov (şərti adla) yaşadıqları evdə arvadının gizli ikinci telefon işlətdiyini öyrənib. Səməd buna irad bildirəndə qadın telefonun rəfiqəsinə məxsus olduğunu deyərək, ərini aldadıb. Bu səbəbdən cütlü arasında yaranan mübahisə zamanı kişi yumruqla arvadının göz və bədəninin digər nahiyələrinə vuraraq, xəsarətlər yetirib. Dördpendirli pizza

Faktla bağlı Səməd Muxtarov polis tərəfindən saxlanılaraq, barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və zərərçəkənlə barışdığını bildirib. Zərərçəkən də həmçinin ərinə qarşı şikayət və tələbinin olmadığını deyib.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və Səməd Muxtarov məsuliyyətdən azad olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!