Gömrükdə daha bir həbs: Naxçıvanın sabiq baş nazirinin qardaşı oğlu tutulub

saytların hazırlanması

Evə çatdırılma

Gömrükdə daha bir həbs: Naxçıvanın sabiq baş nazirinin qardaşı oğlu tutulub

Kriminal

24 May 2021 15:35 2540


Bakı Baş Gömrük İdarəsinin daha bir əməkdaşı həbs edilib.

APA-nın məlumatına görə, Binəqədi rayon Məhkəməsində Bakı Baş Gömrük İdarəsinin maliyyə inspektoru Azər Baxşıyev barəsində istintaq orqanın təqdimatına baxılıb.

Təqdimat təmin edilib və A. Baxşıyev barəsində həbs qətimkan tədbiri seçilib. Marqarita pizza

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi mayın 17-də Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirib.

Nəticədə idarənin vəzifəli şəxsləri - Elmar Mirzəyev, Emin Xəlilov, Mirağa Ağayev, Ceyhun Şabanov və Aydın Eylazov şübhəli şəxs qismində tutulub.

Daha sonra Binəqədi rayon Məhkəməsində həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçib.

Onu da qeyd edək ki, Azər Baxşıyev Naxçıvan Muxtar Respublikasının sabiq Baş naziri Əlövsət Baxşıyevin qardaşı oğludur.

Ə. Baxşıyev 20 il Naxçıvan MR-nın Baş naziri olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!