Göygöldə ağır qəza -   Beş nəfər xəsarət aldı

saytların hazırlanması

Evə çatdırılma

Göygöldə ağır qəza - Beş nəfər xəsarət aldı

Hadisə

11 May 2026 09:12 137


Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, qəza rayon mərkəzindəki küçələrdən birində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Marqarita pizza

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir.

Xəsarət alanların 2000-ci il təvəllüdlü Ə.İsmayılov, 2001-ci il təvəllüdlü C.Bəylərov, 2003-cü il təvəllüdlü E.Həsənov, 2006-cı il təvəllüdlü E.Quliyev və 2001-ci il təvəllüdlü V.Bəylərov olduğu qeyd edilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!