Tehran Bakının bu addımını həzm edə bilmir: Səfir XİN-ə çağırıldı

saytların hazırlanması

Evə çatdırılma

Tehran Bakının bu addımını həzm edə bilmir: Səfir XİN-ə çağırıldı

Siyasət

09 Noyabr 2026 13:29 57


İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda “arzuolunmaz şəxs” elan edilməsi ilə bağlı məlumata münasibət bildirib.

"Yeni Sabah" xəbər verir ki, İran XİN-in sözçüsü İsmayıl Bəqayi bu barədə keçirdiyi mətbuat konfransında danışıb.

O, Azərbaycanın bu qərarını "dostcasına addım hesab etmədiklərini" bildirib. Online shopping Azərbaycan

“Ümumiyyətlə, 14 İran vətəndaşının ‘arzuolunmaz şəxs’ elan edilməsi məna kəsb etmir. Çünki bu şəxslərin heç biri diplomat deyil və Azərbaycan Respublikasının ərazisində də olmayıblar. Lakin bu addım dostcasına hərəkət deyil”, – deyə Bəqayi vurğulayıb.

İran XİN sözçüsü bununla bağlı Azərbaycan tərəfinə rəsmi etiraz bildirildiyini açıqlayıb.

“Biz etirazımızı açıq şəkildə bildirmişik. Azərbaycanın Tehrandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunub, etirazımız ona çatdırılıb. Bundan sonra da zəruri hesab etdiyimiz addımları atacağıq və bu barədə məlumat verəcəyik”, – deyə o əlavə edib.

Xatırladaq ki, noyabrın 3-də 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi barədə məlumat yayılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!