“Gözümü ondan çəkə bilmirdim” - Nagelsman Bardakçı haqqında danışdı

“Gözümü ondan çəkə bilmirdim” - Nagelsman Bardakçı haqqında danışdı

İdman Veb saytların hazırlanması

19 Noyabr 2023 17:59 832


Almaniya millisinin baş məşqçisi Yulian Nagelsman Türkiyənin Almaniyaya 3:2 hesabı ilə qalib gəldiyi matçdan sonra rəqib müdafiəçi Abdulkerim Bardakçı haqqında danışıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Nagelsman Bardakçını dəhlizdə gözlədiyini və onu təbrik etdiyini deyib.

"Türkiyə çox şanslıdır ki, Abdulkerim Bardakcı müdafiədə var. O, dünya səviyyəli müdafiəçidir. Gözümü ondan çəkə bilmirdim. Onu dəhlizdə gözlədim və təbrik etdim. Möhtəşəm oyun nümayiş etdirdi", - deyə Nagelsman bildirib.

Qeyd edək ki, Bardakçı matçda 1 məhsuldar ötürmə, Türkiyə millisinin qazandığı penalti epizodunun əsas iştirakçısı və uğurlu müdafiə ilə yadda qalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!