Güclü yağış nəticəsində Bakıda ev uçdu

saytların hazırlanması

Evə çatdırılma

Güclü yağış nəticəsində Bakıda ev uçdu

Hadisə

22 Oktyabr 2024 09:28 524


Bu gün səhər saatlarında Bakıda ev uçqunu baş verib.

Konkret.az-a bu barədə Yasamal rayonu Abdulla Şaiq küçəsi, dalan 10 ünvanında yaşayan sakinlər məlumat veriblər.

Məlumata görə, iki gündür aramsız yağan yağışlar ikimərtəbəli binanın çökməsinə səbəb olub. Toyuqlu pizza

Nəticədə tamamilə uçub-dağılan ev dar dalan boyu sakinlərin yolunu bağlayıb. Həmçinin əraziyə qaz və elektrik enerjisi verilişi dayandırılıb.

Vətəndaşlar bildirir ki, artıq Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunub və ev sahibi uçqun altından çıxarılıb.

Sakinlər onu da qeyd edirlər ki, sözügedən ərazi söküntü zonasıdır və hətta uzun illər öncə bununla bağlı müvafiq sənədləri toplayıb aidiyyəti qurumlara təqdim ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!