Gülənin qaçırılma xəbəri təsdiqləndi: “Ağır vəziyyətdədir” - Qardaşı oğlu

saytların hazırlanması

Evə çatdırılma

Gülənin qaçırılma xəbəri təsdiqləndi: “Ağır vəziyyətdədir” - Qardaşı oğlu

Dünya

03 İyun 2024 23:58 13875


Ölməyib, amma həqiqətən də ağır vəziyyətdədir, xəstədir və hazırda xüsusi diqqətə ehtiyacı var. Onu qaçıranların məqsədi idarəçilik hüququnu özlərində saxlamaqdır. Hətta onu öz qardaşına da göstərmirlər.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri FETÖ lideri Fətullah Gülənin ölümü, yaxud qaçırılması ilə bağlı yayılan xəbərlər haqda danışan qardaşı oğlu Əbusələmə Gülən "İstiqlal" qəzetinə açıqlamasında deyib.

FETÖ-nün çevriliş cəhdində əsas rolu olan qaçaq Adil Öksüzlə bağlı sualı cavablandıran Gülən bildirib: pizza hut

"Adilin Almaniyada olduğunu təxmin edirəm. Onun Avropada olduğu dəqiqdir. Dəqiq desəm, mənim fikrimcə belədir. Məncə, onu avtomobil yolu ilə Gürcüstandan Avropaya keçirdilər".

Qeyd edək ki, bir neçə gün öncə Gülənin qaçırıldığı haqda məlumat yayılmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!