Güləşçimiz erməni rəqibini məğlub edib dünya çempionu oldu

saytların hazırlanması

Evə çatdırılma

Güləşçimiz erməni rəqibini məğlub edib dünya çempionu oldu

İdman

22 Avqust 2025 20:10 369


Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.

Yenisabah.az xəbər verir ki, mundialda bu gün yunan-Roma güləşçiləri arasında ilk medalçılar müəyyənləşib.

Ayxan Cavadov 60 kq çəki dərəcəsində finalda ermənistanlı Yurik Mxitaryanla üz-üzə gəlib. 12:5 hesabı ilə qalib gələn idmançımız dünya çempionu olub.

Yığmamız bununla turnirdə ilk qızıl medalını qazanıb.

Qeyd edək ki, sabah iki yunan-Roma güləşçimiz medal uğrunda yarışacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!