Gültəkin Hacıbəyli deportasiya edildi

saytların hazırlanması

Evə çatdırılma

Gültəkin Hacıbəyli deportasiya edildi

Siyasət

12 Fevral 2026 08:24 5938


Milli Məclisin sabiq deputatı, müxalif Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya edilib. 

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini, Fransada yaşayan Fuad Qəhrəmanlı Facebook səhifəsində yazıb. 

Onun iddiasına görə, G.Hacıbəyli Azərbaycana gətirildikdən sonra həbs edilməyib, azadlıqdadır. Toyuqlu pizza

Xatırladaq ki, G.Hacıbəyli 2025-ci il noyabrın 30-da Türkiyədə saxlanılıb. Siyasətçi Arnavutköy deportasiya mərkəzinə aparılmışdı. 

Mediada o və Milli Şuranın digər üzvü, AXCP sədri Əli Kərimlinin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət çevrilişinə cəhd planında yer aldığı barədə məlumatlar yer alıb.

Qeyd edək ki, "Ramiz Mehdiyev işi" çərçivəsində AXCP sədri Əli Kərimli barəsində həbs qətimkan tədbiri seçilib.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev isə Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!