Gültəkin Hacıbəyli Siyavuş Novruzovu dəstəklədi, tənqid atəşinə tutuldu - Foto
06 İyn 2020 14:41
1982

Gültəkin Hacıbəyli Siyavuş Novruzovu dəstəklədi, tənqid atəşinə tutuldu - Foto

Milli Şuranın üzvü Gültəkin Hacıbəyli YAP-çı deputat Siyavuş Novruzovun ötən gün parlamentdə hakimlərlə bağlı etdiyi təklifi dəstəkləyib. 

Yenisabah.az xəbər verir ki, Siyavuş Novruzov Avropa Məhkəməsinin çıxardığı təzminat qərarlarının hakimlərin maaşından çıxarılmasını təklif edib: "Hakimin prosedur qaydalarını pozmasına görə Avropa Məhkəməsi Azərbaycana qərar çıxarır. Həmin pul isə Azərbaycan vətəndaşının ödədiyi vergiylə zərərçəkmiş şəxsə qaytarılır. Halbuki bu pul hakimlərin əməkhaqqından tutulmalıdır”.

Siyavuş Novruzov qeyd edib ki, bu yaxınlarda Avropa Məhkəməsinə bir nəfərin yerli məhkəmənin qərarından etdiyi şikayət əsasında 230 min manat təzminat təyin edilib. 

Gültəkin Hacıbəyli deputatın təklifini dəstəkləyib və "Facebook"da bu barədə paylaşım edib. Paylaşımına, “Siz yaxşı təkliflər verin, biz dəstəkləyək! Dəstəkləyirəm”, - deyə başlıq yazan Hacıbəylini izləyicilər tənqid atəşinə tutublar: 

Gültəkin Hacıbəyli Siyavuş Novruzovu dəstəklədi, tənqid atəşinə tutuldu - Foto

Oxşar xəbərlər