Yayda günəş işığının D vitamini çatışmazlığını aradan qaldırdığı düşünülsə də, yeni araşdırma bunun hər kəs üçün doğru olmadığını göstərib.
''Yeni Sabah'' xəbər verir ki, bu barədə "ScienceAlert" məlumat yayıb.
Nyukasl Universitetinin alimləri 2024-cü ilin dekabrından 2025-ci ilin avqustuna qədər 299 nəfəri müşahidə edib və onların qanında D vitamini səviyyəsini yoxlayıblar. pizza mizza
Araşdırma zamanı məlum olub ki, 65 yaşdan yuxarı insanların 55 faizindən çoxunda, tünd dəriyə sahib şəxslərin isə 72 faizindən çoxunda D vitamini normadan aşağı olub. Maraqlısı isə odur ki, yay aylarında da bu göstərici ciddi şəkildə dəyişməyib.
Alimlər bildiriblər ki, yaş artdıqca dəri D vitaminini daha az sintez edir. Tünd dəriyə sahib insanlarda isə melanin günəş şüalarının təsirini azaltdığı üçün orqanizmdə D vitamini daha çətin yaranır.
Bundan başqa, araşdırma İngiltərənin şimalında aparıldığı üçün bölgədə yayda belə günəş şüalarının kifayət etmədiyi qeyd olunub.
Mütəxəssislər risk qrupunda olan insanlara yalnız günəşə güvənməməyi, həkim məsləhəti ilə D vitamini əlavəsi qəbul etməyi tövsiyə ediblər.
Onlar həmçinin xəbərdarlıq ediblər ki, D vitamininin normadan artıq qəbulu sağlamlıq üçün təhlükəli ola bilər.\Axşam.az
Telegram kanalımız