Gürcüstan parlamenti Zurabişviliyə uduzdu - İmpiçment alınmadı

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstan parlamenti Zurabişviliyə uduzdu - İmpiçment alınmadı

Dünya

18 Oktyabr 2023 17:06 385


Gürcüstan parlamenti impiçment proseduru vasitəsilə prezident Salome Zurabişvilini vəzifəsindən kənarlaşdıra bilməyib.

Yenisabah.az xəbər verir ki, impiçmenti barədə qərarı parlament çoxluğundan 86 deputat dəstəkləyib. Halbuki bunun üçün 100 deputatın dəstəyi lazım idi.

Parlament müxalifətinin nümayəndələri səsvermə prosesində iştirak etməyiblər. pizza hut

Xatırladaq ki, sentyabrın 14-də hakim “Gürcü arzusu” partiyası prezidentin ölkə Konstitusiyasını pozması iddiası ilə Gürcüstanın Konstitusiya Məhkəməsinə müraciət edib. Zurabişvili hökumətin razılığı olmadan bir neçə dəfə Avropaya səfər edərək Konstitusiyanı pozmaqda ittiham olunub. Konstitusiya Məhkəməsi Zurabişvilinin Gürcüstan Konstitusiyasını pozduğunu təsdiqləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!