Gürcüstanda atışma: Keçmiş “əfqan“ 5 nəfəri güllələdi

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda atışma: Keçmiş “əfqan“ 5 nəfəri güllələdi

Rəsmi

20 Yanvar 2023 09:59 784


Gürcüstan ordusunun keçmiş əsgəri Saqareco şəhərində mənzilinin eyvanından 5 vətəndaşı avtomat silahla mənzilinin eyvanından güllələyib və daha 5 nəfəri yaralayıb.

Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, hadisə Cümə günü gecə saatlarında baş verib.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, öldürülənlər arasında cinayətkarın zərərsizləşdirilməsi üçün keçirilən xüsusi əməliyyatda iştirak edən polis əməkdaşı da var. pizza

"Törədilən cinayətin motivləri hələlik məlum deyil. Biz müəyyən etmişik ki, cinayətkar 2021-ci ilə qədər Gürcüstan ordusunda xidmət edib, Əfqanıstanda beynəlxalq sülhməramlı missiyada iştirak edib", - deyə daxili işlər naziri Vaxtanq Qomelauri qeyd edib.

Onun sözlərinə görə, polis atəş açan şəxsin mənzilinin qapısını sındıranda o, başında qanayan yara ilə hərəkətsiz vəziyyətdə tapılıb. Cinayətkarın cəsədinin yanından qumbaraatanların halqaları tapıldığı üçün istehkamçılar çağırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!