Hacı Beyləqanski 19 il həbs cəzası aldı

saytların hazırlanması

Evə çatdırılma

Hacı Beyləqanski 19 il həbs cəzası aldı

Kriminal

29 İyul 2020 07:51 2190


Rusiyanın paytaxtı Moskva şəhərində Hacıbaba Talıbxanlıya (Hacı Beyləqanski) hökm oxunub.

“Yeni Sabah” xəbər verir ki, o, 19 il müddətinə azadlıqdan məhrum edilib.

H.Talıbxanlı iki və ya daha çox insanın öldürülməsinə cəhd, qətl, qanunsuz silah dövriyyəsi, giriş hüququ üçün etibarlı sənədlər olmadan Rusiya Federasiyasının Dövlət Sərhədini keçməkdə təqsirli bilinib. Sezar pizza

Məlumata görə, istintaq və məhkəmə müəyyən edib ki, 2012-ci ilin aprelində təqsirləndirilən şəxs etnik cinayətkar qrupun üzvü olaraq Moskvada rəqib qrupun 1960-cı il təvəllüdlü iştirakçısı və onun 1986-cı il təvəllüdlü tanışının olduğu "Toyota Land Cruiser" avtomobilinə bir neçə atəş açıb. Kişi aldığı yaralardan yerində dünyasını dəyişib.

İstintaq çərçivəsində müəyyən edilib ki, təqsirləndirilən şəxsi həmin cinayəti törətməyə vadar edən onun öz statusunu və kriminal nüfuzunu möhkəmləndirmək istəyi olub.

Araşdırmalar zamanı istintaq şübhəli bilinən şəxsin cinayət əməllərində iştirak etdiyini təsdiq edən təkzibedilməz sübutlar əldə edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Hacı Beyləqanski 19 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, cəzasını ciddi rejimli koloniyada çəkəcək. / 

Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!