Hacıyev: Hər dəfə Azərbaycana qarşı qarayaxma kampaniyalarına start verilir

saytların hazırlanması

Evə çatdırılma

Hacıyev: Hər dəfə Azərbaycana qarşı qarayaxma kampaniyalarına start verilir

Siyasət

19 May 2026 14:38 26


Azərbaycana qarşı kampaniyaların sayı azalıb.

"Yeni Sabah" xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

“COP29 zamanı olduğu kimi, bu forum dövründə də müəyyən təzyiq və qarayaxma kampaniyalarının şahidi oluruq. Tədbirlə bağlı manipulyativ məlumatlar yayılmağa çalışılır, bəzi media orqanlarında məqsədli informasiyalar dövriyyəyə buraxılır. pizza

Təəssüf ki, Azərbaycana qarşı belə münasibət yeni deyil. Ölkəmizdə beynəlxalq əhəmiyyətli tədbirlər keçirilən dövrlərdə müəyyən dairələr tərəfindən qarayaxma kampaniyalarına start verilir. Son dövrlərdə isə bu kampaniyaların miqyasının müəyyən qədər azaldığını müşahidə edirik. Bunun əsas səbəblərindən biri həmin qrupların maddi resurslarının azalması və onları maliyyələşdirən dairələrin sayının əvvəlki qədər olmamasıdır.

Bəzi beynəlxalq qurumlar və təşkilatlar, o cümlədən müxtəlif siyasi dairələr tərəfindən Azərbaycana qarşı qərəzli yanaşmalar sərgilənsə də, biz bunlara xüsusi əhəmiyyət vermirik. Azərbaycanın müstəqil siyasəti, beynəlxalq nüfuzu və dünya ictimaiyyətində qazandığı hörmət göz önündədir. Bu gün Azərbaycan dünyanın mühüm diplomatik mərkəzlərindən biri kimi çıxış edir və qlobal əhəmiyyətli məsələlər məhz Bakıda müzakirə olunur. Forumda iştirak edən auditoriyanın genişliyi və müzakirələrin məzmunu da bunu bir daha təsdiqləyir”, - Hikmət Hacıyev qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!