Müğənni Hadise yeni paylaşımı ilə yenidən diqqət mərkəzinə düşüb.
“Yeni Sabah” xəbər verir ki, həm karyerası, həm də şəxsi həyatı ilə tez-tez maqazin gündəmini zəbt edən sənətçi bu dəfə "Instagram" hesabında paylaşdığı yeni fotolarla izləyicilərinin marağına səbəb olub.
40 yaşlı müğənni yay mövsümündə təqdim etdiyi hit mahnılarla gündəmdə qalmağa davam edərkən, sosial şəbəkədə yayımladığı yeni pozaları da qısa müddətdə böyük maraqla qarşılanıb. pizza sifarişi
Sosial mediadan aktiv istifadə edən Hadisənin "Instagram" hesabını 13,9 milyona yaxın istifadəçi izləyir. Sənətçinin son paylaşımı qısa zamanda minlərlə bəyənmə və çoxsaylı şərhlər toplayıb.
Telegram kanalımız