Hafiz Hacıyev stadionun mitinqə görə bağlandığını deyir

Hafiz Hacıyev stadionun mitinqə görə bağlandığını  deyir
Sent 11, 2019 08:09
Oxunma sayı: 256

Xəbər verdiyimiz kimi, Bakıda icazəli mitinqlərin ən çox keçirildiyi yer olan "Məhsul” stadionu (Yasamal rayonu, İdman-Sağlamlıq Kompleksi) əsaslı təmir və tikinti işləri ilə əlaqədar bağlanılıb. 

Belə bir məqamda Müasir Müsavat Partiyası isə sentyabrın 22-nə mitinq təyin edib. Məsələ ilə əlaqədar Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Demokrat.az-a açıqlama verib.

Partiya sədri sözügedən stadionun təmirə bağlanılmasının mitinqlə əlaqəli olduğunu da istisna etməyib: "Biz Azərbaycanın əsas müxalifət partiyası olaraq ayın 22-ə təyin etdiyimiz mitinqdə hakimiyyət daxilində yüksək vəzifə tutmuş və xaricdəki mühacirlərə dəstək verən xəyanətkar şəxslərin fotolarını nümayiş etdirməyi düşünürük. 

Eyni zamanda həmin mitinqdə hakimiyyətdən maliyələşən Milli Şura, Cəmil Həsənli və Əli Kərimli ilə bağlı da haqq səsimizi deyəcəyik. 

Mənə verilən məlumatlara görə, hakimiyyət daxilində olan bəzi adamlar mitinqdən narahat olublar. Hətta, "Məhsul” stadionunun təmirə dayandırılması da bu narahatlığın göstəricisidir".

H.Hacıyev mitinqlə bağlı müraciətə müsbət cavab veriləcəyinə ümid edir: "Hələ ki, müraciətimizə cavab verilməyib. İndi hakimiyyət "Məhsul” stadionunu təmirə dayandırdıqlarını deyir. Digər yerlər də var. Biz Nəriman Nərimanov və digər ərazilərdə mitinq keçirilməsi üçün yer veriləcəyinə ümid edirik".

Yenisabah.az