Hakan Fidan Tehranda Qafqaz mövzusunda müzakirələr apardı

saytların hazırlanması

Evə çatdırılma

Hakan Fidan Tehranda Qafqaz mövzusunda müzakirələr apardı

Dünya

04 Sentyabr 2023 09:42 371


İran və Türkiyə eyni gəminin sərnişinləridir və düşmənlər bu potensialı bilərək ikitərəfli əməkdaşlıq prosesini pozmağa çalışırlar.

Yenisabah.az Fars News-a istinadla xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian deyib.

O, Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşdə iki ölkə arasında təhlükəsizlik və iqtisadi sahələrdə əməkdaşlığın hərtərəfli genişləndirilməsi yollarını müzakirə edib.  pizza

Əhmədian Türkiyə prezidenti ilə son görüşündə Türkiyənin təhlükəsizliyinin İranın təhlükəsizliyi olduğunu söyləyən İranın Ali dini liderinin sözlərinə istinad edib:

"İran və Türkiyə eyni gəminin sərnişinləridir və düşmənlər bu potensialı bilərək, ikitərəfli əməkdaşlıq prosesini pozmağa çalışırlar. Xoşbəxtlikdən region ölkələri təhlükəsizliyin təminatlı və davamlı olmadığı barədə ortaq bir anlayışa gəliblər. Yeni mexanizmlər və regional əməkdaşlıq sabitlik və təhlükəsizliyə zəmanət verir".

Ali Milli Təhlükəsizlik Şurasının katibi, həmçinin, Qafqaz regionunda baş verən prosesləri və İranın regionda hər hansı geosiyasi dəyişikliyə qarşı çıxmasını xatırladıb. O, "3+3" formatında iclasın keçirilməsi ilə anlaşılmazlıqların aradan qaldırılmasını vacib sayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!