Hakim katolikosun işinə baxmaqdan imtina etdi

saytların hazırlanması

Evə çatdırılma

Hakim katolikosun işinə baxmaqdan imtina etdi

Dünya

07 Avqust 2026 17:44 95


Bütün Ermənilərin Katolikosu II Qaregin və Ali Ruhani Şurasının 6 üzvünə qarşı cinayət işinə sədrlik edən hakim Akop Manukyan işdən imtina edib.

"Yeni Sabah" xəbər verir ki, məhkəmə iclası təxirə salınıb.

II Qaregin Ermənistan və Erməni Kilsəsi tarixində ilk dəfə məhkəmə qarşısına çıxıb. Marqarita pizza

Bu ilin fevral ayında Ermənistan Baş Prokurorluğu Bütün Ermənilərin Katolikosu II Qareginə qarşı cinayət işi açıb. Onun ölkədən çıxışı qadağan edilib. Cinayət işi keçmiş ruhani Arman Saroyanla bağlı məhkəmə qərarının icrasına mane olmaq ittihamları ilə bağlıdır.

Ermənistanın Baş naziri Nikol Paşinyanın kilsə əleyhinə kampaniyasına qoşulan Saroyan, Katolikosun əmri ilə ölkə yeparxiyalarından birinin rəhbəri və Ali Ruhani Şuranın qərarı ilə vəzifəsindən azad edilib. Saroyan vəzifəsinə bərpa olunması üçün iddia qaldırıb.

Xəbərlərə görə, Paşinyan Bütün Ermənilərin Katolikosu II Qaregini milli təhlükəsizliyə təhdid hesab edərək, onun taxtdan imtina etməsini tələb edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!