Hamburq və Frankfurtda Gəncə terrorunun qurbanları yad edildi - Fotolar
24 Okt 2020 19:55
375

Hamburq və Frankfurtda Gəncə terrorunun qurbanları yad edildi - Fotolar

Almaniyanın Hamburq və Frankfurt  şəhərlərində  yaşayan azərbaycanlı icmanın təşəbbüsü ilə  təcavüzkar Ermənistan Ordusunun  Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutması nəticəsində həlak olmuş mülki şəxslərin xatirəsini yad etmək üçün anım mərasimi təşkil olunub.  

Diasporla İş üzrə Dövlət Komitəsindən Yenisabah.az-a verilən məlumata görə,Gəncə terrorunun qurbanlarının şəkilləri önündə şamlar yandırılıb, tər güllər düzülüb. 

Anım mərasimində  soydaşlarımızla yanaşı, şəhər sakinləri də iştirak edib. Onlara Qarabağ həqiqətləri ilə bağlı məlumat vərəqələri paylanıb.  

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər