ABB-nin bankomatı vətəndaşın pulunu sildi - ŞİKAYƏT

saytların hazırlanması

Evə çatdırılma

ABB-nin bankomatı vətəndaşın pulunu sildi - ŞİKAYƏT

Xalqın səsi

21 Oktyabr 2026 09:58 121


Sosial şəbəkələrdə Azərbaycan Beynəlxalq Bankının (ABB) göstərdiyi xidmətlə bağlı növbəti şikayət paylaşılıb.

“Yeni Sabah” xəbər verir ki, "Müştəriyəm şikayətim var" qrupunda etirazını bildirən vətəndaş bankomatda nağd pul çıxararkən texniki problemlə üzləşdiyini qeyd edib.

Şikayətçinin sözlərinə görə, bankomatdan 65 manat məbləğində vəsait çıxarmağa cəhd edərkən balansından pul silinsə də, cihaz əməliyyatda xəta verərək pulu təqdim etməyib. Problemlə bağlı bankın qaynar xəttinə müraciət etməyə çalışan müştəri zənglərə cavab verilmədiyini vurğulayıb. pizza sifarişi

Vətəndaş üzləşdiyi xoşagəlməz vəziyyətlə bağlı aidiyyəti qurumlara və Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edərək kömək istəyib. Analoji texniki xətaların son zamanlar tez-tez yaşanması və müştəri xidmətlərinin operativ cavab verməməsi sosial şəbəkə istifadəçilərinin kəskin narazılığına səbəb olub.

Məsələ ilə bağlı Azərbaycan Beynəlxalq Bankının (ABB) mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərli “Yeni Sabah”a açıqlamasında bildirib ki, yaranan texniki problem aradan qaldırılacaq və vətəndaşın vəsaiti təmin ediləcək.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!