“Ege Hospital” və “Referans Həyat”dan şikayət - Xəstə qəbula çağırıldı, amma əməliyyat olunmadı

saytların hazırlanması

Evə çatdırılma

“Ege Hospital” və “Referans Həyat”dan şikayət - Xəstə qəbula çağırıldı, amma əməliyyat olunmadı

Xalqın səsi

16 Noyabr 2026 15:59 41


Kənan Quluzadə adlı sosial media istifadəçisi “Ege Hospital” və “Referans Həyat” klinikalarından şikayətçidir. 

Plat.az xəbər verir ki, vətəndaş sosial şəbəkədə vasitəsilə boynundakı kistin götürülməsi üçün sığorta vasitəsilə müraciət etdiyi klinikalarda əməliyyat oluna bilmədiyini qeyd edib. O bildirib ki, “Ege Hospital”da cərrah Edqard Nurməmmədovun qəbuluna təyin olunan saatda gəlib. Klinikada həkimin əməliyyatda olduğunu və həmin gün qəbula gəlib-gəlməyəcəyinin bilinmədiyini deyiblər. Kənan Quluzadə bu barədə ona əvvəlcədən məlumat verilmədiyini bildirib.

Daha sonra Kənan Quluzadə sığorta vasitəsilə “Referans Həyat” klinikasına yönləndirilib. Onun sözlərinə görə, klinikada Şükür adlı həkim ondan ultrasəs müayinəsindən keçməsini istəyib. Kənan Quluzadə üç saat növbə gözləyib müayinənin nəticəsini aldıqdan sonra həkimin klinikadan getdiyini öyrənib. Elektronika məhsulları

Vətəndaş bildirib ki, həkim telefon danışığında ona “O əməliyyatdan mənə cəmisi 8 manat pul qalır, ona görə mən niyə əziyyət çəkim?!” - cavab verib. Kənan Quluzadə qeyd edib ki, bir neçə dəqiqə çəkəcəyini düşündüyü prosedur üçün bütün gününü sərf etsə də, əməliyyat baş tutmayıb. 

“Ege Hospital” və “Referans Həyat” Kənan Quluzadənin şikayəti ilə bağlı hər hansı şərh verməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!