“Hamı “Mercedes” olmaq istəyir amma “Zaporojets” kimi fikirləşir”

saytların hazırlanması

Evə çatdırılma

“Hamı “Mercedes” olmaq istəyir amma “Zaporojets” kimi fikirləşir”

Şou

25 Noyabr 2024 13:15 635


“Hamı “Mercedes” olmaq istəyir, amma “Zaporojets” kimi fikirləşir. Əgər səsin varsa, bu hələ o demək deyil ki, hər şeyin var. Başı da bir az işlətmək lazımdır”.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Ədalət Şükürov “İncə səhər” verilişində danışıb.

O bildirib ki, bir çox müğənninin gözəl səsi olsa da, lakin bu işdən yaxşı pul qazanmaq bilikləri yoxdur: pizza sifarişi

“Əgər gözəl səsin varsa və sən başını da gözəl işlədirsənsə, bu tandemdə sən irəli gedə biləcəksən. Gözəl müğənnilərimiz var, amma marketinq sahəsində zəifdirlər. Əgər gözəl səsin varsa və marketinqdən anlayışın yoxdursa, kənardan bu sahəni biləni dəvət edirsən və o kömək edir. Beləcə, səsinlə pul qazanırsan. Biz hər bir sənətlə pul qazanmaq üçün məşğuluq. Əgər gözəl qarmon ifaçısıyamsa və bu musiqi ələtində ifam mənə pul gətirmirsə o zaman gedib, misal üçün, çəkməçiliklə məşğul olacağam ki, bu iş mənə daha çox pul gətirsin”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!