Türkiyəli aktrisa Hande Erçel yeni filmdə baş rola çəkiləcək.
“Yeni Sabah” xəbər verir ki, o, iranlı rejissor Nader Saeivarın Almaniyada lentə alacağı “Diaspora” filmində Merve obrazını canlandıracaq. Dominos pizza
Filmdə Hande Erçelin canlandırdığı Merve obrazı ərini Türkiyədə itirdikdən sonra 12 yaşlı oğlu ilə Almaniyaya köçür və yeni həyat qurmağa çalışır. Dil məktəbində işləməyə başlayan qadın burada gözlənilməz hadisələrlə üzləşir.
Alman, ingilis və türk dillərində çəkiləcək filmin istehsalına 2027-ci ilin ilk aylarında başlanması planlaşdırılır. Hande Erçelin çəkilişlərdən təxminən bir ay əvvəl Berlinə gedərək dil təhsili alacağı və məşqlərə qatılacağı gözlənilir.
Filmdə aktrisya alman aktyor Moritz Bleibtreu da tərəf müqabili olacaq.
Aydan Hacı
Telegram kanalımız