“Haqq yemə, qursağına yapışar!“ - Acuna sərt sözlər 

saytların hazırlanması

Evə çatdırılma

“Haqq yemə, qursağına yapışar!“ - Acuna sərt sözlər 

Şou

28 Sentyabr 2020 16:35 2531


Türkiyənin məşhur jurnalisti, TV 8 kanalının sahibi Acun Ilıcalı  "Survivor" yarışmasının keçirildiyi Dominik Respublikasına getmək üçün özünə yeni təyyarə alıb.

Yenisabah.az xəbər verir ki, biznesmenin bu addımı sənətçilər tərəfindən birmənalı qarşılanmayıb. Məşhur yazıçı və bəstəkar  Şəhrizad rəsmi "Twitter" səhifəsində Acun Ilıcalını etiketləyərək onu əmək oğrusu adlandırıb:

"Aldığın təyyarədə qətiyyən gözüm yoxdur. İstəyirsən, 1000 təyyarə al, ancaq əvvəlcə müəlliflik hüququna görə ödəməli olduğu  borcunu ödə, haqq yemə, qursağına yapışar! Sənin yaşın qədər mənim karyeram var.  Heç utanmırsan?". Pepperoni pizza

Proqramçı Hakan Eren  də məsələyə münasibət bildirib:

"Acun təyyarə almağı bilir, amma sənətçilərin pulunu ödəyə bilmir.  Ödəmədiyi borcları ilə bağlı illərlə davam edən məhkəmələri var.  Ödəyəcəyi borclar təyyarəsinin bir təkərinin puludur. Necə də kədərlidir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!