“Hava məkanımızı qorumaq üçün İspaniyadan çox güclü silahlar alırıq” - Ukrayna rəsmisi

saytların hazırlanması

Evə çatdırılma

“Hava məkanımızı qorumaq üçün İspaniyadan çox güclü silahlar alırıq” - Ukrayna rəsmisi

Dünya

03 Noyabr 2022 17:38 802


“Rəsmi Kiyev Madriddən Ukraynanın hava məkanını qorumağa imkan verəcək silahlar alacaq”. 

Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bu sözləri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov bəyan edib.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq İspaniyanın Ukraynaya “Hawk” hava hücumundan müdafiə sistemlərindən dördünü təhvil verəcəyini açıqlamışdı. Ukraynanın xarici işlər naziri Dmitro Kuleba İspaniyanın “Cadena SER” radiostansiyasına müsahibəsində bildirib ki, bu sistemlər artıq ölkəyə göndərilib. pizza sifarişi

“İndi biz İspaniyadan hava məkanımızı qorumağa imkan verəcək çox güclü silahlar alırıq”, – Danilov Ümumkrayna telemarafonunun efirində deyib.

Xatırladaq ki, bundan əvvəl Rusiya Ukraynaya silah tədarükü ilə bağlı NATO ölkələrinə nota göndərmişdi. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov qeyd edib ki, Ukraynaya göndərilən bütün yüklər Rusiya üçün qanuni hədəfə çevriləcək.

Rusiya Xarici İşlər Nazirliyi NATO ölkələrinin Ukraynaya silah verməklə “odla oynadığını” açıqlayıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Qərbin Ukraynaya silah tədarükü Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir və mənfi nəticə verəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!