Həbsdə olan güneyli qadın hüquq müdafiəçisinin kitabı çapdan çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Həbsdə olan güneyli qadın hüquq müdafiəçisinin kitabı çapdan çıxdı

Dünya

01 Sentyabr 2023 00:59 440


İranda həbsdə olan azərbaycanlı siyasi fəal və qadın hüquqları müdafiəçisi Nərgiz Məhəmmədinin yazdığı “Ağ işgəncə” kitabının birinci cildinin alman dilinə tərcüməsi ötən həftə “Qadın, Həyat, Azadlıq”, “Səsimizi necə ucaldaq” başlığı ilə dərc edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, kitab iki il öncə İsveçin “Baran” nəşriyyatında fars dilində çap olunub. Pepperoni pizza

“Ağ işgəncə” kitabında siyasi fəal həbsdə olarkən bir sıra qadın siyasi məhbuslarla apardığı gizli söhbətləri toplayıb.

Xatırladaq ki, xanım Məhəmmədi son illərdə İran rejimi tərəfindən xalq etirazlarının zorakılıqla yatırılmasını tənqid etdiyinə, siyasi məhbusları dəstəklədiyinə, İran həbsxanalarında məhbuslara verilən işgəncələri və psixoloji təzyiqləri ifşa etdiyinə görə dəfələrlə həbsə atılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!