Həbsdə olsa da, milyonlar qazanır: aylıq gəliri DODAQ UÇUQLADIR - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Həbsdə olsa da, milyonlar qazanır: aylıq gəliri DODAQ UÇUQLADIR - FOTOLAR

Maraqlı

21 Mart 2026 09:15 777


Narkotiklə bağlı istintaq çərçivəsində həbs olunan sosial media fenomeni Simge Barankoğlunun rəqəmsal platformalardan qazandığı gəlirlərin davam etdiyi bildirilir.

"Yeni Sabah" musavat.com-a istinadən xəbər verir ki, ötən ay sosial media fenomenlərinə qarşı keçirilən əməliyyat zamanı saxlanılan Barankoğlu həbsdə olmasına baxmayaraq, milyonlarla gəlir əldə etməyə davam edir.

Əməliyyatdan sonra izləyici və abunəçi sayında azalma müşahidə olunsa da, onun hələ də təxminən 40 min abunəçisi var. Həbs olunmazdan əvvəl aylıq təxminən 5 milyon TL qazandığı deyilən sosial media fenomeninin gəliri izləyici sayının azalması ilə bir qədər düşsə də, yenə də yüksək səviyyədə qalır. Hazırda onun abunə sistemindən aylıq təxminən 1,3 milyon TL (71 min 500 manat) qazandığı iddia olunur. pizza mizza

Qeyd edək ki, sosial media fenomenlərinə qarşı narkotik ittihamı ilə bağlı istintaq çərçivəsində fevral ayında yeni əməliyyat həyata keçirilib. Simge Barankoğlu həmin əməliyyat çərçivəsində saxlanılıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!