"Sənətimizdə çılpaqlar baş alıb gedir. Onların oxuduğu mahnılara bilmirəm harada qulaq asmaq olar, amma bu, sənət deyil".
Yenisabah.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova deyib.
O bildirib: "Siz pul qazananda, Nigar təbliğat aparırdı, ona görə bu gün əməkdar artistdir. Mən başa düşürəm, pul da lazımdır. Qoy onlar da oxusun "ciy-ciy" səsləri ilə, onlara kim qulaq asır heç bilmirəm. Eybi yox. Amma heç olmasa ayda 1-2 gün efiri sənətkarlara ayırın. Musiqimizi təbliğ edin. Onsuz da ağlı başında olan dinləyici özü qərar verəcək kimə qulaq asmaq lazımdır". Dominos pizza
Telegram kanalımız