Həkəri çayına balıq körpələri buraxılacaq

saytların hazırlanması

Evə çatdırılma

Həkəri çayına balıq körpələri buraxılacaq

Sosial

04 Noyabr 2022 10:19 774


Qarabağ və Şərqi Zəngəzur ərazisində biomüxtəlifliyin mühafizəsinə və su hövzələrində bioresursların bərpasına töhfə vermək məqsədilə Zəngilan rayonu ərazisindən keçən Həkəri çayına növbəti dəfə balıq körpələrinin buraxılışı həyata keçiriləcək. 

Bu barədə Yenisabah.az-a Ekolgiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib ki, çaya balıqartırma zavodlarında yetişdirilən 200 000 çəkikimi balıq körpəsi buraxılacaq.  pizza hut

Balıq körpələrinin artırılaraq su hövzələrinə buraxılmasının Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpası baxımından olduqca əhəmiyyətli olduğunu qeyd edən nazirlik rəsmisinin sözlərinə görə, Bəsitçay, Həkəri və Bərgüşad çaylarının hövzəsinə mütəmadi olaraq balıq körpələrinin buraxılışı həyata keçirilir və bu aksiyalar gələcəkdə də davam edəcək.

"Ölkədə balıq ehtiyatlarının artırılmasına töhfə verən bu cür aksiyalarda balıq yetişdirən müəssisələri yaxından iştiraka, vətəndaşları isə balıq ehtiyatlarının artımının qarşısını alan hərəkətlərdən imtina etməyə çağırırıq" - deyə İradə İbrahimova əlavə edib.

 

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!