İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalına endirilən zərbə nəticəsində HƏMAS-ın hərbi qanadının təlim idarəsinin rəhbəri Fadi Fələh Aşur Dağmaşın öldürüldüyünü açıqlayıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Fadi Fələh HƏMAS-ın silahlı qanadının təlim proqramlarına rəhbərlik edir, həmçinin Qəzza zolağında İsrail qüvvələrinə qarşı döyüş əməliyyatlarının təşkilatçılarından biri olub. pizza
Həmçinin qeyd olunub ki, zərbə endirilməzdən əvvəl mülki əhali arasında mümkün itkilərin minimuma endirilməsi məqsədilə müxtəlif tədbirlər görülüb.
HƏMAS isə İsrailin bu açıqlaması ilə bağlı hələlik rəsmi bəyanat verməyib./Axar.az
Telegram kanalımız