Uzun illərdir Amerikada yaşayan aparıcı Səxavət Nur boşanıb.
Yenisabah.az xəbər verir aparıcı bu barədə özü sosial şəbəkə hesabında məlumat verib.
42 yaşlı aparıcı bir neçə gün əvvəl haqqında yayılan həmcinsi ilə evlənməsi xəbərinə sərt reaksiya verib. Dominos pizza
O, bu xəbərlərin doğru olmadığını bildirib:
"Kiməsə nəyinsə hesabatını vermək fikrim yoxdur, həyatımı istədiyim kimi yaşaya bilərəm. 2014-cü ildə Amerikada yaşayıram. Bura atamın var-dövləti, oğurladığım pulla gəlməmişəm. Burada pizza çatdıran, aşpaz, taksi sürücüsü, yaşlı insanlara və heyvanlara baxan biri kimi çalışmışam. Oxumuşam və ötən ildən böyük şirkətdə çalışıram. Həyatım qaydasındadır, heç kimin maddi yardımına, sponsorluğuna ehtiyacım yoxdur. Həyatımda bircə dəfə məktəbdə bir oxuduğum sinif yoldaşım, sevdiyim insanla ailə qurmuşam. Övladım da var. Amerikaya gedənə qədər bir yerdə yaşamışıq. Amma müəyyən şeylər var, tutuşmayan hallar olub və yollarımızı ayırmışıq. Dost olaraq münasibətimiz davam edir, arada övladım var”.
Qeyd edək ki, aparıcı məzuniyyət üçün Bakıya gəldiyini bildirib.
Telegram kanalımız