Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Hər ikisi təhqirə, söyüşə keçir... Bizi faciələr gözləyir”
28 Mart 2021 16:10
2337

“Hər ikisi təhqirə, söyüşə keçir... Bizi faciələr gözləyir”

“Hamımız bir şeyi anlamalıyıq, ölkəmizin gələcəyi ancaq bizdən asılıdır. Bizim əvəzimizə heç kim bizə xoşbəxtlik gətirməyəcək. Azərbaycanın gələcəyi üçün çalışdıqlarını elan edən həm Qərb, həm Cənub, həm də Şimal birinci növbədə öz maraqlarını güdürlər. Azərbaycana qarşı olan iradları da birinci növbədə özlərinin hansısa iqtisadi və ya digər maraqlarını təmin etmək məqsədi güdür».

“Yeni Sabah” xəbər verir ki, bunu tanınmış vəkil Aslan İsmayılov deyib. A.İsmayılov həm iqtidara, həm də müxalifətə çağırış edib:

“Bəsdir 30 ildir, hakimiyyət və müxalifətin bir-birilərinə qarşı olan ittiham və iradları. Hər şeyi sıfırlamaq və yeni səhifə açmaq, yeni münasibətlər qurmaq lazımdır. Bu qarşıdurmadan, 30 il bundan əvvəldən bu günə qədər olanları təkrarlamaqdan yaxşı heç nə alınan deyil. 

Bu aqressiyanın, daim təkrarlanan ittihamların və iradların nə Xalqa, nə də dövlətə ziyandan başqa heç bir xeyri yoxdur. Həm hakimiyyət, həm də müxalifət hakimi ancaq xaricdə axtarır və bununla da öz gücsüzlüyünü göstərir. 

Heç kim bir-birinə güzəştə getmək istəmir və bunu zəiflik, qorxaqlıq kimi dəyərləndirir. Bunda da birinci növbədə biz özümüz günahkarıq, ona görə ki, ölkədə mərkəzçi heç nə yoxdur. 

Siyasi, ictimai institutların hamısı qütbləşib, ya iqtidarın, yaxud da müxalifətin yanında yer alıb. Mərkəzçi mövqedə durmaq istəyənlərə isə dərhal "nala-mıxa vurma" deyib seçim etmək tələb edirlər. İstəklərinə nail olmayanda isə hər iki qütb təhqirə, söyüşə keçir. Baş verənləri anlamasaq, bizi faciələr gözləyir”.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər