Hindistan hökuməti kəndliləri silahlandırır

saytların hazırlanması

Evə çatdırılma

Hindistan hökuməti kəndliləri silahlandırır

Dünya

29 Aprel 2023 13:39 771


Hindistan hökuməti yaraqlıların hücumlarına qarşı çıxmaq üçün Kəşmir bölgəsində 5 min sakini olan kəndi silahlandırıb.

Yenisabahaz "Thethaiger"ə istinadla xəbər verir ki, “kənd müdafiə mühafizəçiləri” kimi tanınan birliklərə Hindistan hərbçiləri təlim keçirb

Keçən il Hindistan hakimiyyəti Kəşmirdə polis məmurlarının və hindu sakinlərinin mütəşəkkil şəkildə qətlə yetirilməsindən sonra bu silahlı qrupların yaradıldığını elan etmişdi. Dominos pizza

Bu təşəbbüs ümumiyyətlə bölgənin hindu sakinləri üçün yaxşı olsa da, müsəlman kəndlilər narahatdırlar ki, yalnız hindu sakinlərinin silahlanması bölgədəki gərginliyi daha da artıracaq.

Pakistanın Hindistandan 75 il əvvəl müstəqillik əldə etməsindən bəri Kəşmir iki ölkə arasında mübahisəli ərazi olub. Hindistan müstəqillik istəyən və ya Pakistana qoşulan bir neçə qiyamçı qrupa qarşı vuruşub, nəticədə on minlərlə insan həlak olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!