Hindistan donanmanın ehtiyacları üçün Rusiya və ABŞ-dan təxminən 200 milyon dollar dəyərində raket sistemləri almaq niyyətindədir.
Yenisabah.az "ANI"yə istinadla xəbər verir ki, bunu mənbələr bildiriblər.
Rəsmi Dehli 20-dən çox gəmi əleyhinə "Club-K" qanadlı raketləri ("Kalibr-K" raket sisteminin ixrac adı) və Amerikanın “Harpun” gəmi əleyhinə raket kompleksi üçün avadanlıq almağı planlaşdırır. Eyni zamanda, Hindistan artıq "Club-K" raketlərini döyüş gəmilərində və sualtı qayıqlarda istifadə edir. pizza hut
"Harpun" təxminən 80 milyon dollara başa gələcək. Bundan əvvəl ABŞ Konqresi Hindistana "Harpoon Joint Common Test Set" və müvafiq avadanlıqların satışını təsdiqləyib.
Rusiya və Hindistan 2021-ci ilin sonunda on il müddətinə hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb. Sifarişlərin ümumi portfeli 14 milyard dolları ötür.
Telegram kanalımız