Hindistanda zorakılıq davam edir

saytların hazırlanması

Evə çatdırılma

Hindistanda zorakılıq davam edir

Dünya

09 May 2023 14:41 673


Hindistanın Manipur əyalətində son günlər baş verən zorakılıqlarda ölənlərin sayı 60-a çatıb.

Yenisabah.az xəbər verir ki, Manipur əhalisinin yarıdan çoxunu təşkil edən Meitei icmasının "Planlı Qəbilə (ST)" kateqoriyasına daxil edilməməsi nümayişlərinə görə bölgə mayın 3-dən zorakılığa səhnə olub.

Əsgərlərə “atəş” əmrinin verildiyi Manipurda baş verən zorakılıqda 60 nəfər həlak olub, 35 min insan isə əyalətdən təxliyə edilərək təhlükəsiz bölgələrə aparılıb. Dominos pizza

Ştatın baş naziri Biren Sinqh hadisələr zamanı 230 nəfərin yaralandığını, 1700 evin yandırıldığını açıqlayıb.

Sinq zorakılığın nəzarət altında olduğunu, lakin müdaxilə zamanı təhlükəsizlik qüvvələrinə aid 1041 silah və 7460 güllənin oğurlandığını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!