Hollandiya stadionlarında 1 dəqiqəlik sükut

Hollandiya stadionlarında 1 dəqiqəlik sükut

İdman

07 Fevral 2023 10:18 567


Hollandiya Futbol Federasiyası (KNVB) Türkiyədə baş vermiş zəlzələ ilə bağlı paylaşım edib.

Yenisabah.az xəbər verir ki, Hollandiya liqası “Eredivisie”də bu həftə baş tutacaq matçlarda Türkiyədə baş vermiş zəlzələ qurbanlarını 1 dəqiqəlik sayğı duruşu ilə yad edəcəklər.

“Düşüncələrimiz Türkiyə və Suriyada zəlzələdən təsirlənən hamının yanındadır. Bu axşam baş tutacaq Divizion oyunlarında və bu həftə oynanılacaq Kubok oyunlarında həlak olanlara sayqı duruşu olacaq”, – deyə məlumatda qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!