Hörmüz boğazı ilə bağlı mühüm qərar -   İki ölkə bir araya gəldi

saytların hazırlanması

Evə çatdırılma

Hörmüz boğazı ilə bağlı mühüm qərar - İki ölkə bir araya gəldi

Dünya

07 Sentyabr 2026 10:27 81


Səudiyyə Ərəbistanı və Almaniya Hörmüz boğazında gəmiçilik fəaliyyətinin normal vəziyyətə qayıtmasına çağırış edib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Almaniyanın paytaxtı Berlində almaniyalı həmkarı İohan Vadeful ilə görüşüb.

Görüşdə regiondakı son vəziyyət müzakirə olunub. Tərəflər beynəlxalq dəniz yollarının təhlükəsizliyinin və gəmiçilik azadlığının qorunmasının vacibliyini vurğulayıblar. Hörmüz boğazında gəmiçiliyin normal vəziyyətə qayıtmasının regional təhlükəsizlik və sabitlik, eləcə də beynəlxalq ticarətin davamlılığı baxımından vacib olduğu bildirilib. pizza mizza

Səfər çərçivəsində iki nazir Səudiyyə Ərəbistanı ilə Almaniya arasında əlaqələrin inkişaf etdirilməsi, məsləhətləşmə və koordinasiyanın artırılması məqsədilə “Strateji Dialoqun yaradılması haqqında Anlaşma Memorandumu” da imzalayıb.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!