Hörmüz boğazında 2 ABŞ gəmisi və 8 tanker hədəf alındı

saytların hazırlanması

Evə çatdırılma

Hörmüz boğazında 2 ABŞ gəmisi və 8 tanker hədəf alındı

Dünya

09 Sentyabr 2026 12:45 88


İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazında 2 ABŞ gəmisinin, 8 tankerin və 10 digər gəminin hədəf alındığını açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, İran mətbuatının yaydığı məlumata görə, İnqilab Keşikçiləri Korpusunun mətbuat xidməti bu barədə yazılı açıqlama yayıb.

Açıqlamada ABŞ ordusunun Fars körfəzində 5 İran tankerinə qarşı həyata keçirdiyi hücuma cavab verildiyi bildirilib. Sezar pizza

Qeyd olunub ki, əməliyyat zamanı ABŞ-a məxsus 2 gəmi və 8 tanker hədəfə alınıb. Bundan başqa, ABŞ ordusunun dəstəyi ilə Hörmüz boğazında “qadağan olunmuş ərazi”dən keçməyə çalışdığı bildirilən 10 gəminin də hədəf alındığı qeyd edilib.

İran tərəfi Hörmüz boğazına nəzarətin İnqilab Keşikçiləri Korpusunun donanmasının əlində olduğunu bildirib.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!